Yeni övladı doğulanı necə təbrik etməli?

Son güncelleme: 05.01.2012 02:52
  • Yeni övladı doğulanı necə təbrik etməli?

    Müsəlman ailələrini, orda doğulan körpələrin sayını artırıb, bərəkətli edən Allaha həmd olsun!
    Belə sevindirici hadisə ilə əlaqədar olaraq İslamda mövcud olan gözəl ənənələrdən biri də körpənin valideynlərinə ünvanlanan təbrik sözləridir.
    Allahın izni ilə bu yazıda şeyx Səid əl-Qahtaninin «Müsəlman qalası»nda İmam ən-Nəvəvinin (Allah ona rəhmət etsin) «Əl-Əzkar»ına isnadla qeyd etdiyi, hamımıza məlum olan «Bərək Allahu ləkə fil-məuhubi ləkə va şəkərtəl-vahibə va bələğa əşuddahu va ruziqtə birrahu» (Tərcüməsi:»Allahın sənə (əvəzsiz olaraq) verdiyi (bu uşağı) sənin üçün mübarək etsin! (Onu sənə) verənə şükr edəsən (Övladın) gəncliyin ən yetkin çağına yetişsin və onun yaxşılıqlarını dadasan!» ) sözlərinin səhihliyi barədə məlumat vermək yerinə düşərdi.
    İlk əvvəl qeyd etmək lazımdır ki, İmam Nəvəvi (Allah ona rəhmət etsin) öz yazısında bu zikri Peyğəmbər (səllallahu aleyhi və səlləm) sünnəsi kimi yox, əsər (səhabə və tabiinlərdən rəvayət olunan sözlər) kimi qeyd etmişdir. Onun səhihlik dərəcəsi haqda isə bilmək lazımdır ki, əsər iki isnadla gəlmişdir:
    Birinci rəvayət Heysam ibn Cəmazıdan gəlir və bildirilir ki, bir nəfər Həsənin (Allah ondan razı olsun) yanına gəldikdə, ona bu zikri öyrətmişdir. Bu rəvayət, İbn əl Cəadın «Müsnəd», 1448, İbn Adinin «Əl-Kamil», 7/101 və İbn Əbi-d Dünyanın «İyal», 1/365 əsərlərində qeyd edilmişdir. İbn Həcər, «Lisan əl-Mizan»6/204 əsərində, eləcə də İbn Adi və digər mühəddislər Heysəm ibn Cəmazı bir rəvayətçi kimi pis xarakterizə etmişlər.
    İkinci isnadda isə həmin rəvayət Gülsüm ibn Cüşandan gəlir və onu İbn Asakir özünün «Tarix Dimaşq»ında (59/267) zəif ravi kimi qeyd etmişdir.
    Eləcə də rəvayətin zəif olmasını şeyx Müqbilin tələbəsi şeyx Yəhya əl-Xəruci imam Suyutinin (Allah rəhmət etsin) «Üsul əl-əmani bi- üsul əl-təhani», 36 əsərinin təhqiqində qeyd etmişdir.
    Bəs elə isə yeni övladı doğulan valideyni necə təbrik etmək lazımdır?


    İmam Təbərani (Allah ona rəhmət etsin) özünün «Əd-Dua», 945, 946 kitabında bu haqda aşağıdakı iki rəvayəti qeyd etmişdir:
    Əs-Sariy ibn Yəhyadan bildirilir ki, Həsən əl-Bəsri (Allah ona rəhmət etsin) belə təbrik edilməsini söyləmişdir:»Qoy Allah onu sənin (valideyn nəzərdə tutulur) və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti üçün xeyirli etsin».
    Sözügecən rəvayəti həmçinin İbn Əbi-d-Dünya «Əl-İyal»,1/363 gətirmişdir. Rəvayətin isnadı həsəndir. Bu haqda «Əd-Dua» əsərini təhqiq edən doktor Muhəmməd əl-Buxari və Yəhya əl-Xaruci bildirmişdir.
    Təbəraninin (Allah ona rəhmət etsin) eyni mövzu ilə əlaqədar qeyd etdiyi ikinci rəvayət isə Həmamad ibn Zeyddəndir, o demişdir:»Əyyub (əs-Sahtiyani) yeni doğulmuş körpə ilə əlaqədar təbrik edərkən belə söyləyərdi:»Qoy Allah onu sənin və Muhəmmədin (səllalalhu aleyhi və səlləm) ümməti üçün xeyirli etsin».
    Eyni əsəri İbn Əbi-d-Dünya «Əl-İyal»ında, Əbu Nuaym isə «Əl-Hilyə»sində qeyd edir. Şeyx əl-Xacuri həsən olduğunu bildirmişdir.
    Beləliklə aydın olur ki, yeni övladı doğulanı ən səhih formada aşağıdakı kimi təbrik etmək olar

    Cə`alahu-Llahu mubarəkən aleyk və alə ümməti Muhhəmməd, səllallahu aleyhi və səlləm.

    (Tərcüməsi: Qoy Allah onu sənin və Muhəmmədin (səllallahu aleyhi və səlləm) ümməti üçün xeyirli etsin.)
    Əvəzində isə valideynin cavabı bu şəkildə olmalıdır:
    Bərakə-l-lahu ləkə va bərakə aleykə va cəzəkə-llahu xeyran va razəqakə-l-lahu misləhu va əczələsəvabəkə.
    Səlim əl-Hilali, «Səhihül-Əzkar», 2/713
    Tərcüməsi: Allah sənə bərəkət və xeyir-duasını versin, xeyirlə mükafatlandırsın. Allah sənə də buna bənzər ruzi versin və savabını artırsın.

    salaf-forum.ru — ya isnadla.

    Ummu Abdul-Aziz
#05.01.2012 02:52 0 0 0