Bir yaz günü Molla Nəsrəddin bir az kölgədə sərinləmək üçün
qoz ağacının kölgəsində oturur. Bir az irəlidəki böyük balqabaqlara gözü sataşan Molla Nəsrəddin öz-özünə:
— "Bu Allahın işinə baxe, otun üstündə böyük balqabaq yetişir,
bu budaqları yerə-göyə uzanan, 25 illik qoz ağacının meyvələri isə bapbalacadır! .."
deyə düşünərkən, elə o anda başına bir qoz düşür.
— "Axx, başım!" deyərək yerindən durur Nəsrəddin," Tövbə edirəm Allahım,
bir də sənin işinə heç vaxt qarışmaram! Birdən ağacda qoz yerinə balqabaq yetişsəydi!… "deyir.
Nəsihət Baxmasını bilən göz, düşünə bilən ağıl üçün
ətrafımızdakı hər bir varlıq və hadisədə insanı heyrətə
gətirən saysız hesabsız incəliklər, sirlər və hikmətlər gizlidir.