Misir plovu yeni usula

Son güncelleme: 10.02.2012 19:06
  • Misir plovu terifi ve terkibi - Misir plovunun hazırlanması

    noimage

    Tərkibi (10-12 nəfərlik):

    500 q toyuq filesi
    400 q uzun düyü
    250 q yerkökü
    150 q soğan
    2-3 diş sarımsaq
    duz
    istiot
    bitki yağı

    Soğanı xırda doğrayın. Yerkökünü sürtgəcin iri gözündən keçirin. Fileni tikələrə doğrayın.

    Bitki yağında soğanı qızardın. Yerkökünü əlavə edib qovurun. Toyuq ətini əlavə edib 20 dəqiqə bişirin. Əzilmiş sarımsağı əlavə edib qarışdırın, ocaqdan götürün. Siniyə döşəyin. Üzərinə düyü töküb hamarlayın. Duz, istiot vurun. Düyünün üzərinə 2-3 sm çıxınca qaynar su əlavə edin.
    180 dərəcə qızdırılmış sobada 40-50 dəqiqə bişirin.

    Nuş olsun!
#10.02.2012 19:06 0 0 0