Quru meyvəli toyuq

Son güncelleme: 05.04.2012 14:12
  • Quru meyvəli toyuq terifi ve terkibi - Quru meyvəli toyuqun hazırlanması

    noimage

    Tərkibi:

    50 q kişmiş
    50 q qara gavalı
    50 q quşüzümü
    1 qurudulmuş qırmızı və ya 2 çili istiotu (istəyə görə)
    2 baş soğan
    3 diş sarımsaq
    ədviyyat: 1/2 ç.q. darçın, 1/2 ç.q. keşniş toxumu, 1/2 ç.q. qara istiot, 1 ç.q. sarıkök, 2 mixək, 3 ədəd hil, 1 ç.q. iri duz
    1 ç.q. şəkər tozu
    zəncəfil (bir neçə dilim)

    Quru meyvələri və quru istiotları isti suda saxlayın.

    Toyuq ətinin (əsasən buddibi) dərisini soyun, duzlayın.

    Xırda doğranmış soğan və sarımsaqları bitki yağında qızardın. Toyuq ətini əlavə edib qovurun.

    Ədviyyatı qarışdırıb fincana tökün, üzərinə qaynar su və 1 ç.q. şəkər tozu əlavə edib qarışdırın.

    Toyuğu qarışdırın, üzərinə bir neçə nazik dilim zəncəfil (əgər yoxdursa, 0,5 ç.q. üyüdülmüşündən istifadə edə bilərsiniz), quru meyvələr və istiotu elə içində islatdığınız su ilə birlikdə əlavə edin. Ədviyyatlı suyu (varsa, həmçinin bulyon) və keşnişi doğramadan əlavə edib tavanın qapağını örtün. Ocağı azaldın. Təxminən 1 saat bişirin.

    Bişmiş keşniş yarpağını xörəkdən götürüb əvəzinə üzərinə xırda doğranmış təzə keşniş səpin.

    Nuş olsun!
#05.04.2012 14:12 0 0 0