Bu gün Binəqədi rayon Məhkəməsində İranın “Səhər” televiziyasının Azərbaycandakı müxbiri Anar Bayramlının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Vəkil Anar Qasımlının APA-ya verdiyi məlumata görə, prosesdə hökm oxunub. Hökmə əsasən, A. Bayramlı 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, A. Bayramlı fevralın 17-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama, satma daşıma) maddəsi üzrə ittiham olur.