Yaşanmış bir sevgi hekayəm

Son güncelleme: 25.08.2012 23:53
  • Yaşanmış bir sevgi hekayəm - Hekaye dinle

    Gözəl zaman idi.. Həyat, yoldaşlar hər şey gözəli idi. Sevirdim yaşamağı. Heç bir dərdim yox idi və daha əvvəl də olmamışdı. Qısacası xoşbəxt idim.

    14 yaşım var idi. Yeni addım atırdım gəncliyə. Hər şeyin gözəl irəliləyəcəyinə inanırdım. Dostlarım vardı yanımda.. Məktəbə gedib gəlirdim. Ev həyatım isə normal idi. Anam atam mənim xoşbəxt olmam üçün hər şeyi etməyə çalışırdılar. Vəziyyətimiz çox yaxşı olduğuna baxmayaraq ,o qədər də ərköyün deyildim.. Oxumağı sevirdim. Çox yoldaş əldə edə bilməmişdim amma ailəm idi mənim ən yaxşı yoldaşım. Və təbii məktəbdə də yoldaşlarım da vardı bir az. Bir qrupumuz vardı. Qızlı ,oğlanlı qarışıq bir qrup idi. Yaxşı vaxt keçirirdik.həmişə birlikdə. Kafelərə gedirdik.

    . Bir gün kompüter başındaykən və yenə yalnız yoldaşlarımla Chat edərkən birindən danışma tələbi gəldi. Qəbul etdim. Bəlkə tanıyıram deyə. Amma danışmağa başladıq. Əslində cansıxıcı idi amma elə danışdım . Və biz bir müddət davam etdik. Artıq silmək istəmirdim onu. Danışmaq istəyirdim. Nömrəmi verdim və telefonda danışmağa başladıq. O da məndən təsirlənməyə başlamışdı .

    Təxminən üç aya qədər danışdıq. Mən başqa bir məktəbə gedəcəkdim. Ona da söyləmişdim hansı məktəbə gedəcəyəm. Aradan bir zaman keçdi və o da mənim məktəbimə gələcəyini söyləmişdi. inana bilməmişdim. İlk dəfə biri mənim üçün bir şeylər edirdi. Həyatımın ən mükəmməl günləri idi. Bəlkə də bu an mənə elə gəlir. Bilmirəm.

    Məktəb başladı. Həqiqətən eyni məktəbdəydik. gəlmişdi. İlk zamanlar yalnız baxışırdıq. Daha ilk gün tapmışdım anlamışdım o olduğunu. Aradan bir zaman keçdi. Yoldaşlarından salam göndərirdi.O çox utanırdı. Mən də utancaq idim Amma onun qədər deyildim. İlk addımı mən atdım. Sinifinə gedib danışdım. Və o gün başladı...

    Müəyyən bir zaman sonra alışmağa başladım ona. Get-gedə bağlandım. Onu görmədən yaşaya bilmirdim,rahat olmurdum.. O da elə söyləyirdi. Üşüdüyümdə isti əlləriylə əllərimi istilədirdi. Qucaqlayırdı sevgisiylə. Utanırdıq amma imtina etmirdik. O bir az sərt bir insan idi amma mən çox sevdiyim üçün göz ardı edirdim. Onun da məni mənim onu sevdiyim qədər sevdiyini sanırdım.

    Artıq o da yeni insanlarla yoldaşlıq etməyə başladı. Mənə laqeyd yanaşdığını düşünməyə başlamışdım. Yoldaşları qızlı oğlanlı qarışıq idi. Amma bir qız vardı onunla çox maraqlanırdı. Gözləri parlayırdı onunla danışarkən. Bunu hiss edə bilirdim. Nə etməliyəm bilmirdim. Bir müddət izlədim. Səssizcə izlədim. Sonra bunu ona izah etdim. Yalnız yoldaşım maraqlanma dedi. Yaxşı dedim. Amma aralarındakı münasibət məni qısqanclıqdan dəli edirdi.. Artıq ona inanmağım gəlmirdi. Soyumuşduq bir-birimizdən. Əvvəlki kimi deyildik.

    Bir gün bitirmək istədim. O heç ayrılma sözünü açmaz idi. Mən açdığımda da heç reaksiya göstərmədi. Tamam bitsin dedi. Müəyyən idi artıq məni istəmədiyi. Heç acı ağrılı çəkməmişdim. O hər tənəffüs sinifin qarşısında dayanar mənim sinifimə doğru baxardı. O su yaşılı gözləri o qədər gözəl idi ki. .Bir zaman sonra anladım səhv etdiyimi. Onu geri istəyirdim. Nə edəcəyimi bilmirdim. Bir gün bir mesaj aldım ondan.. . Çox həyəcanlanmışdım. Mesajda bu gün çox gözəl idin yazırdı. O vaxtlar saç modelimi dəyişdirmişdim. Əslında xoşbəxt olmuşdum. İlkəvvəl cavab yazmadım amma sonradan onun hər şeyim olduğunu ondan imtina edə bilməyəcəyimi anladım. Və biz yenidən başladıq.

    Bu dəfə hər şey daha fərqli idi. Hər şey daha gözəl idi. Mənə lazım olduğundan çox maraq göstərirdi. Haqqım olaraq bir az şişirdim. Üç ay belə davam etdi. Hər şey çox gözəl idi.

    Amma bir gün kabus geri döndü. Doqquz yanvar iki min səkkiz. Saat on bir otuz beş.
    Bir gün mən onun sinifindəykən zəng çalındı. Getməm lazım idi. Getməmi istəmədi. . Məndə getmək istəmirdim amma məcburdum. Əhəmiyyətli bir dərsim vardı. Getməliyəm dedim. Getmə dedi. Amma geri dönəcəyəm dərsdən sonra dedim. Getmə dedi. Lütfən dedim. Get dedi. Get tamam get dedi. Getdim.

    Axşam yenə mesaj atdı. Üzr diləyirəm dedi. Mən çox hirslənmisdim . bağışlamadım. Bitdi dedim. Və o gün həqiqətən bitdi. ayrıldıq. Sonsuza qədər. Aylarla ağladım. Kaş ki bağışlasaydım deyə. Çox ağladım. Kimsəyə izah edə bilmədim söyləyə bilmədim. Çox ağlayırdım. Geri gəlmirdi.

    Aradan çox zaman keçdi. Bəlkə yarım il qədər. Yenə İnternetdə gəzərkən ona rast gəldim. Çox çaşmışdım. Amma onun heç elə bir halı yox idi .Aydındır ki çıxarmışdı həyatından məni. . Danışdıqdan sonra məni silmişdi dosluğundan. Çox kədərlənmişdim.

    Yenə bir gün İnternetdəykən belə olmayacaq dedim. Və hələ unudulmadın deyə bir mesaj atdım. Sonra biz danışmağa başladıq. üz üzə deyil amma internetdən danışırdıq. Mənə niyə məktəbdə danışmadığımızı soruşdu. Mən qorxurdum danışmağa. Amma sonradan məktəbdə də danışmağa başladıq. Mən /hələ onu sevirdim. Bir gecə internetdə danışarkən hər şeyi izah etdim amma məni dinləmədi. anlamadı. Məni təhdid etdi. Əgər bu mövzu bir daha açılsa azca olan yoldaşlığımız da bitər dedi. Mən yenə çox ağladım. Hər gecə.. O gündən bəri yaxşı yoldaş olmağa çalışdıq. Əslində mən bir az uzaq qalmağa çalışırdım. Tamamilə eşqimin bitməsi üçün səy göstərirdim. Amma o sanki mənə inad hər keçən gün ürəyimə daha bir sevdayla batırdı. Və həyatına yeni eşqlər girmişdi. Kim bilər məndən sonra neçə adamı sevmişdi. Bir gün yazdığı şeirləri göstərdi. Sevdiyi qızlara yazdığı şeirlər idi. İçlərində mən yoxdum. O məni heç sevməmişdi. Artıq bir tərəfdən nifrət edərkən bir tərəfdən də hələ sevdam bitməmişdi. Başqa biri olmurdu. Ola bilmirdi.

    Və indi. Aradan iki il keçməsinə baxmayaraq mən hələ onu sevirəm . Hələ də ondan başqası yox ağılımda. Çıxarmağa çalışsam da o yenə özünə çəkir məni. Yamyaşıl gözləriylə özünə hər keçən gün daha da heyran buraxır. İndi bir sevgilisi var və onu çox sevir. Alışdım artıq məndən sonrakı sevgililərinə. Köhnəsi qədər ağrıtmır.

    Hekayəmin başında çox xoşbəxtdim və indi sonuna gəldim. Və indi çox bədbəxtəm. Ona sevdayla bağlılığım azalacağına artır. .
    Əgər birini sevirsinizsə açıq ürəkli olun. Eşqinizin arxasından gedin. O yenə də anlamasın. Amma siz əsla buraxmayın. Mən bəlkə bir gün unudacağam onu. Amma bu hekayəm ölənə qədər mənimlə yaşayacaq...

    Müəllif: MELEK INSAN
#25.08.2012 23:53 0 0 0