Azərbaycanın ən varlı şəhərlərinin adları açıqlandı

Son güncelleme: 02.09.2012 15:49
  • Maraqlı - Azərbaycanın ən varlı şəhərlərinin adları açıqlandı

    noimage

    Azərbaycanın əv varlı şəhəri sözsüz ki, paytaxt Bakıdır. Bu barədə "Эхо" qəzetinə İqtisadi və sosial inkşaf mərkəzinin sədri Vüqar Bayramov bildirib.

    Onun sözlərinə görə, ölkə biznesinin 90 faizi Abşeron yarımadasında cəmlənib. Vergilərin 92 faizi Bakıda toplanır. Neft sektoru da Bakıda yerləşir. Ölkənin ən çox inkişaf etmiş şəhəri baxımından Bakının ölkədə alternativi yoxdur.

    Əhalinin sosial vəziyyəti, biznesin və infrastrukturun inkişafı baxımından ikinci şəhər Gəncədir. Gəncənin potensialı digər şəhərlərlə müqayisədə yüksəkdir.

    Üçüncü yerdə isə Sumqayıt dayanır. Bakıya yaxın olması şəhərin əhalisinin həyat şəraitinin yaxşılaşması və infrastrukturun inkişafı üçün yaxşı imkan yaradır.

    Dördüncü yerdə isə Lənkəran dayanır. Regionun digər şəhərləri ilə müqayisədə Lənkəranın infrastrukturu daha yaxşı inkişaf edib. Bu cənub şəhərində əhalinin alıcılıq qabiliyyəti yüksəkdir.

    İlk beşliyi Bərdə şəhəri tamamlayır. V.Bayramovun sözlərinə görə, Bərdə Qarabağ regionunun biznes mərkəzinə çevrilib.

    alıntı..
#02.09.2012 15:49 0 0 0