Tarixdə bu gün - 25 sentyabr

Son güncelleme: 26.09.2012 05:00
  • Tarixdə bu gün - 25 sentyabr

    25 sentyabr. İlin sonuna 98 gün qalır.

    1396. Nikopol yaxınlığındakı döyüşdə Birinci Bəyazidin qoşunu səlibçiləri darmadağın edib. Döyüş nəticəsində Bolqarıstan Osmanlının əyalətinə çevrilib (1878-ci ilədək)

    1493. Kolumb ikinci dəfə Amerikaya səyahətə yola düşüb

    1804. Amerikada ilk insan hüquqları Bəyannaməsi qəbul edilib

    1890. Görkəmli folklorşünas, Azərbaycan atalar sözlərini toplayan Əbülqasım Hüseynzadə anadan olub

    1906. Rus bəstəkarı Dmitri Şostakoviç anadan olub

    1909. Fransada dünyada ilk dəfə olaraq aviasiya sərgisi açılıb

    1911. İtaliya Osmanlı imperiyasına qarşı müharibə elan edib

    1918. Azərbaycan Demokratik Respublikası hökuməti milli valyutanın dövriyyəyə buraxılması haqqında qərar qəbul edib

    1919. Qazax qəzası kəndlilərinin 1 qurultayı keçirilib

    1926. "Ford" zavodlarında 5 günlük 8 saatlıq iş rejiminə keçilib

    1932. Kataloniya muxtariyyət əldə edib

    1935. Filosof Asif Ata (Əfəndiyev) anadan olub

    1962. Əlcəzair Xalq Demokratik Respublikası elan edilib

    1974. Elm adamları aerozolların ozon təbəqəsini korlaması barədə bəyannamə yayıb

    1976. Jurnalist Eynulla Fətullayev anadan olub

    1987. Afrikada il metro Qahirədə açılıb. "Qara qitə"nin ikinci metro sistemi isə 31 oktyabr 2011-ci ildə Əlcəzairdə açılıb.

    1989. Litva Ali Soveti 1940-cı il sovet işğalını qanunsuz elan edib

    1997. Azərbaycan və İtaliya arasında investisiyaların təşviqi və qorunması haqqında Saziş imzalanıb

    1999. Rusiya xarici borca görə dünya lideri olub (160 milyard dollar)

    2005. "Azadlıq" bloku Bakıda mitinq keçirib

    2007. Elton Con Bakıda ilk dəfə konsert verib

    2009. Türkiyə Böyük Millət Məclisinin sədri Mehmet Ali Şahin Azərbaycana rəsmi səfərə gəlib

    2009. Azərbaycan Respublikası Milli Məclisinin yeni binası istifadəyə verilib.
#26.09.2012 05:00 0 0 0