Tarixdə bu gün - 26 sentyabr

Son güncelleme: 26.09.2012 07:50
  • Tarixdə bu gün - 26 sentyabr

    26 sentyabr. İlin sonuna 97 gün qalır

    1815. Avstriya, Rusiya və Prussiya Parisdə "Müqəddəs İttifaq" yaradıb

    1887. Tomas Edison ilk fonoqrafı patentləşdirib

    1907. Yeni Zelandiya İngiltərənin dominantlığına keçib

    1960. Kuba rəhbəri Fidel Kastro BMT sessiyaları tarixində ən uzun nitqi söyləyib. Kommunist liderin çıxışı 4 saat 29 dəqiqə davam edib

    1961. Azərbaycan müğənnisi Bülbül (əsl adı Murtuza Məşədi Rza oğlu Məmmədov) vəfat edib

    1962. Yəmən Ərəb Respublikası elan edilib

    1979. Azərbaycan bəstəkarlarının V qurultayı keçirilib

    1984. Honq Konq Çinin nəzarəti altına keçib

    1990. SSRİ-də "Vicdan azadlığı haqqında" Qanun qəbul olunub

    1992. Azərbaycan, Ermənistan və Rusiya müdafiə nazirləri Soçidə "Silahlı qüvvələri geri çəkmək haqqında" Protokol imzalayırlar

    1995. Ukrayna Avropa Şurasına üzv olub

    2006. Nyu-Yorkda GUAM xarici işlər nazirləri şurasının iclası keçirilib

    2007. Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı gömrük xidməti rəhbərləri Şurasının 6-cı iclası keçirilib

    2007. Bakıda "Materialşünaslıq və informasiya elmləri yüksək texnologiyalarda" mövzusunda birinci beynəlxalq konfrans keçirilib

    2008. Azərbaycan qadınlarının III qurultayı keçirilib

    2008. ATƏT-in Minsk Qrupunun həmsədrləri Metyu Brayza (ABŞ), Bernar Fasie (Fransa) və Yuri Merzlyakov (Rusiya) Nyu Yorkda Ermənistan prezidenti Serj Sərkisyanla görüşüb

    2009. Dilçi alim Afat Qurbanov vəfat edib

    2009. Elmar Məmmədyarov Vaşinqtonda ABŞ dövlət katibi Hillari Klinton və Minsk qrupunun həmsədrləri ilə görüşüb.


#26.09.2012 07:50 0 0 0