Quru, çatlamış dodaqlar - soyuqların düşməsinin ilkin əlamətidir. Qışın gəlişi ilə biz isti paltar və cildi qoruyan xüsusi vasitələr barəsində düşünüb, bəzən dodaqlarımızı unuduruq. Bir düşünün, axı dodaqların da üz və əllərin olduğu qədər, qayğıya ehtiyacı var! Onlara qulluq etmək isə asandır - sadəcə düzgün gigiyenik pomada seçmək lazımdır.
Deməli, dodaqların müdafisi ən yaxşı şəkildə olmalıdır, lakin unutmaq lazım deyil ki, ən yaxşı və bahalı - hər zaman eyni şey deyil. Gigiyenik pomada - mumun vitaminlər və qidalandırıcı maddələr ilə olan qarışımıdır, əlavələr günəş şüalanmasını süzür, külək və qış şaxtalarından qoruyur. Artıq başa düşdünüz ki, yığcam ətirli vasitə dodaqları ətraf mühitin zərərli təsirindən qorumaq üçün təyin edilib. Lakin gözəl görünüşü olan hər bir gigiyenik pomada dodaqlar üçün təhlükəsiz deyil.
Rəngli pomada tübikləri mağaza vitrinlərinin xoş bəzəyidir, lakin zahiri zərərsizliyinə baxmayaraq, bəzilərinin tərkibində təhlükə gizlənir. Tərkibində silikon yağı olan vasitələri almaqdan qaçının. Bu tezsatılan məhsulun ömrünü uzadır, lakin keyfiyyətini azaldır. Bu əlavə dodaqları xüsusi qalın qat ilə örtür, bu isə dəri üçün zərərlidir.
Pomadanın tərkibində olan kamfara, mentol və fenol da təhlükə hissi yaratmalıdır. Məhz onlar dodaqlara gözəl təravət hissi və cazibədar həcm bəxş edir, lakin eyni zamanda dodaqları qurudur. Nəticədə isə yanlış dairə yaranır: pomada dodaqlraı qurudur və siz daima onları nəmləndirmək məcburiyyətində olursunuz.
Pomada seçimi ilin fəslindən asılı olmalıdır. Dodaq üçün nəzərdə tutulmuş vasitələr mövsümə görə fərqlənir - bunu nəzərə almaq vacibdir. Sizə diqqətli olmağı və xoş şopinq arzulayırıq!