Pendirli xırt-xırt peçenye

Son güncelleme: 05.10.2012 06:03
  • Pendirli xırt-xırt peçenye terifi - Hazırlanması

    noimage

    Tərkibi:

    200 q "Qauda" pendiri
    200 q un
    200 q kərə yağı
    1 yumurta
    1 çimdik ətirli istiot (ağ)
    2 x.q. süd
    zirə, küncüt, xaş-xaş - istəyə görə

    Unu lövhənin üstə ələyin. Üstünə sürtgəcdən keçirilmiş pendir, xırda doğranmış kərə yağı, yumurta və ədviyyat əlavə edib xəmir yoğurun. Plyonkaya büküb dondurucu kamerada 15 dəqiqə saxlayın.

    Un səpilmiş masanın üstündə xəmiri 0,5 sm qalınlıqda yayın. Müxtəlif formada peçenyelər kəsib siniyə düzün.

    Yumurtanın sarısını qaymaq və ya südlə çalın. Peçenyelərin üstünə çəkin, üzərinə küncüt, xaş-xaş və s. səpin. Sobada 200 dərəcə C-də 10-12 dəqiqə, üstü qızaranadək bişirin.

    Bu peçenye bağlı qutuda 3 həftə saxlana bilir.

    nuş olsun!
#05.10.2012 06:03 0 0 0