Vitamin Elifbası

Son güncelleme: 07.10.2012 10:39
  • Vitamin əlifbası

    B2 vitamini

    B2 vitamini (riboflavin) hüceyrə daxilində karbohidratlarla bağlı reaksiyalarda, yəni enerji yaradılmasında iştirak edir.

    Onun çatışmazlığı dil və dodaqlarda gərginliyə, dərinin quruluğuna, həmçinin əsəbiliyə, tremora, yuxusuzluğa və baş gicəllənməsinə səbəb ola bilir. B2 vitamini selikli qişanın sağlamlığına dəstək verir.

    B3 vitamini

    B3 vitamini (niatsin, nikotin turşusu) sağlam qana və qan dövranına, əsəb sisteminin normal fəaliyyətinə dəstək verir.

    Mənbələri axtalar (qurudulmuş meyvələr), yer fındığı, ət, qaraciyər, böyrək və s.-dir.

    Defisiti ürək bulanmasına, iştahın küsməsinə, mədədə və 12 barmaq bağırsaqda xoraya, dermatitə, depressiyaya, yuxusuzluğa, başağrısına və yorğunluğa səbəb olur.

    B3 vitamininin çatışmazlığı daha ağır hallarında pellaqra xəstəliyinə səbəb olur. Bu xəstəlik qida rasionunda qarğıdalı bitkisindən daha çox istifadə edən xalqlarda rast gəlinir.

    B5 vitamini

    B5 vitamini (pantoten turşusu) karbohidratarın və yağların həzmində iştirak edir, əsəb və immun sistemini formalaşdırır, həmçinin böyrəküstü vəzinin (sekresiya vəzi) işində iştirak edir.

    Bu vitamin əksər məhsullarda var və bağırsaqda hasil olur. Defisitinə az rast gəlinir, lakin aşağı səviyyəsi böyrəküstünün işinə əngəl yarada, başağrısına, yorğunluğa, yuxusuzluğa, ürək bulanmasına və stress zamanı qarında ağrıya səbəb ola bilər.

    B6 vitamini

    B6 vitamini (piroksidin) bir sıra amin turşularının həzmində, infeksiyalara qarşı antitellərin hazırlanması zamanı immun sisteminin fəaliyyətində iştirak edir.

    Onun qırmızı qan hüceyrələrinin yaranmasında, karbohidratlarla yağların həzmində rolu var. Bir çox qida məhsullarında rast gəlinir.

    B6 vitamininin çatışmazlığı aterosklerozun inkişafına və immunitetin aşağı düşməsinə səbəb ola bilir.

    B9 vitamini

    B9 vitamini (foli turşusu) B12 vitaminin qırmızı qan hüceyrələrinin yaradılmasında düzgün işləməsi, karbohidratlar, yağlar və zülalların həzmi üçün vacibdir.

    Suda həll olunan bu vitaminin mənbələri qaraciyər, böyrək, yaşıl tərəvəz, xəmir mayası, meyvələr, təmizlənməmiş buğda və s.-dir.

    Defisiti anemik yorğunluğa, yuxusuzluğa, yaddaşsızlığa və hər şeydən qıcıq qapmağa səbəb olur. Hamiləliyin sağlam keçməsi üçün bu vitamin qadınlar üçün xüsusilə vacibdir.

    Adətən bu vitaminin defisiti psixi sarsıntılarla, depressiya ilə üzləşən adamlarda rast gəlinir.

    alıntı
#07.10.2012 10:39 0 0 0