Elşad Xose: Artıq Oksana Barəsində Danışmaq İstəmirəm

Son güncelleme: 09.10.2012 07:41
  • Mehşurlar

    noimage

    Məşhur cütlük - reper Elşad Xose və rəqqasə Oksana Rəsulovanın münasibətlərində gərginlik son həddə çatıb. Reper şəxsi həyatı ilə bağlı mediada xəbərlərin getməsinə aydınlıq gətirib. O, Lent.az-a açıqlamasında belə deyib: "Oksana barəsində danışmaq istəmirəm. Mənə artıq şəxsi həyatım barəsində heç kim sual verməsin, ailə həyatımın mediada müzakirə olunmasını istəmirəm".

    Xatırladaq ki, Oksana Rəsulova da ötən gün Lent.az-a açıqlamasında "Bu mənim şəxsi işimdir, istəyərəm boşanaram, istəyərəm barışaram. Mənim ailə münasibətlərimin mediada müzakirə olunmasını istəmirəm. Elşad yəqin bu açıqlamalarla özünü təmizə çıxarır" demişdi.

    Yalçın Süleymanov
#09.10.2012 07:41 0 0 0