Dini kəlamlar

Son güncelleme: 22.10.2012 14:40
  • Kəlamlar - Dini kəlamlar


    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir."

    Həzrət Əli (ə) buyurur: "İmanın ən möhkəm bağı Allaha görə dostluq və Allaha görə düşmənçilikdir."

    Həzrət Əli (ə) buyurur: "Başqalarına eyib bildiyini özünə də eyib bil."

    Həzrət Məhəmməd (s) buyurur: "Allahın ən sevdiyi iş dili saxlamaqdır."

    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı yemək çox adamın oturduğu süfrədəki yeməkdir."

    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı bəndə xoşxasiyyət olanıdır."

    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən sevimli bəndə Onun bəndələrinə daha faydalı olan kəsdir."

    Həzrət Məhəmməd (s) buyurur: "İmanını xalis (riyasız) et ki, az ibadət belə sənə kifayət etsin."

    Həzrət Məhəmməd (s) buyurur: "Xalqın ən təqvalısı xeyrinə, ya da zərərinə belə olsa, həqiqəti deyən kəsdir."

    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında ən yaxşı iş, davamlı olan işdir, az olsa da belə."

    Həzrət Məhəmməd (s) buyurur: "Özün üçün istədiyini xalq üçün də istə ki, mömin olasan."

    Həzrət Məhəmməd (s) buyurur: "Allah qarşısında vacib əməlləri yerinə yetirdikdən sonra ən yaxşı iş müsəlmanı şad etməkdir."

    Həzrət Əli (ə) buyurur: "İstər zarafata, istərsə də ciddi olaraq dediyi yalanı tərk etməyən kəs bizlərdən deyil."

    Həzrət Əli (ə) buyurur: "Heç bir əməl yalan kimi çirkin deyil."

    Həzrət Məhəmməd (s) buyurur: "İmanla küfr arasındakı məsafə namazın tərki qədərdir."

    İmam Rza (ə) buyurur: "Hər gün özünü hesaba çəkməyən, (yaxşı və pis əməlini tanımayan) bizdən deyildir."

    İbn Abbas (r) nəql edir: "Həzrət Əlinin (ə) xidmətində olduğum vaxt onun öz ayaqqabısını yamadığını gördüm. İmam (ə) soruşdu ki, bu bir tay ayaqqabının qiyməti nə qədərdir? Dedim ki, dəyəri yoxdur. Həzrət (ə) buyurdu: "And olsun Allaha, haqqı ayağa qaldırıb, batili məhv etmək istəməsəydim, mənim üçün bu bir tay ayaqqabı sizə hakimiyyətdən dəyərli olardı."

    İmam Təqi (ə) buyurur: "Möminin izzəti xalqa möhtac olmamasındadır."

    İmam Sadiq (ə) buyurur: "İnsanlar üç qisimdirlər: alimlər, tələbələr və su üstə olan saman çöpü kimi adamlar (nə öyrənən, nə də öyrədənlər)."

    İmam Həsən (ə) buyurur: "Əgər müstəhəb işlər vacib işlərə zərər vurursa, onları boşlayın."

    İmam Kazim (ə) buyurur: "Allah, çox yatıb, bekar gəzən bəndəsini düşmən tutur."

    Həzrət Əli (ə) buyurur: "Allaha qarşı itaətsizlik edilməyən gün bayramdır."

    Həzrət Əli (ə) buyurur: "Ən pis adam səhvi bağışlamayan və eybi örtməyəndir."

    İmam Həsən (ə) buyurur: "Xalqla elə davran ki, səninlə o cür davranmasını istəyirsən."

    İmam Səccad (ə) buyurur: "Ən qiymətli adam dünyanın kimin əlində olmasına etina etməyəndir."
#22.10.2012 14:40 0 0 0