Yeni serial gəlir

Son güncelleme: 23.10.2012 10:44
  • noimage

    Space telekanalının efirində yeni serial yayımlanacaq. Lent.az-ın məlumatına görə, 3 məşhur sima, 3 aktrisa, 3 aparıcı - əməkdar artist Dilarə Əliyeva, əməkdar artist Tünzalə Əliyeva və aktrisa Ülviyyə Əliyevanın rol aldığı “Üç bacı” serialı komediya janrındadır.

    Serialda kənddən şəhərə köçən üç bacının, onların sevgililərinin və qonşularının başlarına gələn maraqlı, gülməli hadisələrdən bəhs olunur. “Üç bacı”dan başqa serialda məşhur simalar, aparıcı Mirsalam Mirsalamov, Tərlan Nur Yaşar, Əkbər Əlizadə, Azər Baxşəliyev, Əsəd İsmayılov, Almaz Mustafayev, xalq artisti Cəfər Namiq Kamal, aktrisa Zemfira Əbdülsəmədova və türkiyəli vətəndaş Hakan Ərsan rol alıb.

    Serialın ssenari müəllifi, “Yalan-Doğru” verilişinin aparıcısı kimi tanıdığınız Vüqar Hüseynovdur. Qeyd edək ki, serialda ssenari müəllifi özü də rol alıb.

    Serialın quruluşçu rejissoru Səyavuş Hüseynli, baş prodüseri Oqtay Əliyevdir. “SOY production”un layihəsi olan serialın quruluşçu operatoru Güney Azərbaycandan olan Aydin Şirinsifət, quruluşçu rəssamı Emil Mirzəyevdir. Serialın təqdimatı üçün hazırlanan fotosessiya isə məşhur fotoqraf Zaur Zamanın əl işidir.

    “Üç bacı” noyabrda Space-in efirində olacaq.

    Jalə
#23.10.2012 10:44 0 0 0