300qr göbələk
400qr toyuq filesi
4 yumurta
150 qr holland pendiri
100 qr qoz
2 soğan
Mayonez
Şüyüd
duz
Hazırlanma qaydası:
Göbələklər xırdaca doğranır.
Eyni qayda ilə soğanlar da doğranır.
Azacıq bitki yağında göbələklər yumşalanadək qızardılır.
Sonda soğanlar əlavə olunur.
Duz əlavə olunduqdan sonra doğranmış yumurtalar üzərinə əlavə olunur.
Pendiri süzgəcdən keçirib,ayrıca qabda saxlayırıq.
Toyuq filesi xırdaca doğranılır.
Qozu da süzgəcdən keçirib balaca boşqabda kənara qoyuruq.
Daha sonra salatın inqridientlərini lay-lay bir-birinin üzərinə əlavə edirik.
Toyuq filesinin üzərinə göbələk,daha sonra isə yumurta əlavə olunur. Növbəti lay yunan qozundan ərsəyə gəlir. Qozun üzərinə isə mayonez çəkirik,duz və istiot səpib pendirdən qat yaradırıq.Pendirn üzərinə isə yumurta əlavə edirik.Daha sonra növbəti dəfə qoz əlavə olunur.Beləliklə bütün etdiklərimizi ikinci dəfə də təkrar edirik.Laylar arasına mayonez istəkdən asılı olaraq bütün layların arasına və ya bəzilərinə çəkilə də bilər.
Bütün laylar tamamlandıqdan sonra salatın üzərini pendir ilə örtürük. Üzərini qoz və göbələklərlə bəzəyirik.