Təmiz və Çirkli Ürək

Son güncelleme: 01.11.2012 20:54
  • Təmiz və Çirkli Ürək

    Ürəyi qaraldan günahlardır..
    Hədis-i şərifdə buyuruldu ki: Bir kimsə, günah işlədiyi zaman qəlbində qara bir nöqtə hasil olar. Əgər tövbə etsə, o ləkə silinər. Tövbə etməyib təkrar günah işləsə, o ləkə böyüyüb bütün qəlbi örtər və ürək qapqara olar
    Günahlar ürəyi qaraltdığına görə günaha səbəb olacaq şeylərdən də qaçmaq lazımdır. Məsələn yuxu mübahdır. Ancaq çox yatmaq ürəyə qaraltı verib günah işləməyə zəmin hazırlayar..
    Hədis-i şərifdə buyuruldu ki: Üç şey ürəyə qaraltı verər: Yeməyi, yuxunu və rahatlığı sevmək

    Günah işləyəndə, dərhal tövbə və istiğfar edilməlidir..
    Hədis-i şərifdə buyuruldu ki: Paslanan hər şeyin bir əlacı vardır. Ürəyin əlacı "Əstəğfirullah" deməkdir

    Ölümü çox xatırlamaq da qəlblərin pasını silər..
    Hədis-i şərifdə buyuruldu ki: Su dəydiyi, (rütubətdə qaldığı) zaman dəmir paslandığı kimi, ürəklər də günah üzündən paslanır. Orada olanlar, ürəklərin əlacı nədir? ya Rəsulullah dedilər..
    Peyğəmbər əfəndimiz (s.ə.v) buyurdu ki: Ölümü çox xatırlamaq və Quran-i Kərim oxumaqdır

    Təmiz və çirkli ürək..
    Möminin qəlbi təmizdir. Fasiqlərin ürəyi çirklidir, qaradır. Kafirlərin ürəyi isə qapqaradır. Hədis-i şərifdə buyuruldu ki: Möminin qəlbi təmizdir, orada parlayan bir işıq vardır. Kafirin ürəyi qapqaradır və tərsdir

    Qəlbi təmizləmək..
    Görəsən ürəyin qaraldığı necə bilinər, təmizlənməsi necə olar? Bəli, haram yemək ürəyi qaraldar, xəstə edər..
    Ürəyin qaralmasının dörd əlaməti vardır:
    1 - İbadətin dadını hiss etməz..
    2 - ALLAH qorxusu xatirinə gəlməz..
    3 - Gördüklərindən ibrət almaz..
    4 - Oxuduqlarını, öyrəndiklərini anlayıb qavraya bilməz..
    -Ürəyin qaralmasına 4 şey səbəb olar:
    1 - Öyrəndiyinə əməl etməmək..
    2 - Bilməyərək etmək..
    3 - Bilmədiklərini öyrənməmək..
    4 - Başqasının öyrənməsinə mane olmaq..

    Nəfs, pis istəklərdən (dinin qadağan etdiyi şeylərdən) xilas olunca, ürək təmizlənər. Qəlbi təmizləmək üçün riyazət və mücahidə lazımdır. Riyazət, nəfsin arzularını etməməkdir. Nəfsimiz haramları, məkruhları arzu edir. Bunlardan qaçmaq lazımdır. Mücahidə nəfsin istəmədiyi şeyləri etmək deməkdir. Nəfsimiz, yaxşılıq və ibadət etmək istəməz. Yaxşılıq və ibadət edərək qəlbi təmizləmək lazımdır. Nəfsin istədiyi hər şey, sonsuz axirət nemətləri yanında qiymətsizdir. Axirət nemətləri qızıldırsa, dünya mənfəətləri tənəkə belə deyil. Bu keçici sadə mənfəətlər, sonsuz nemətlərlə müqayisə belə edilə bilməz. ALLAH bütün müsəlman bacı və qardaşlarımızı nurlu tərtəmiz qəlblərə qovuşdursun INŞALLAH. Rəbbim cümləmizi qaralmış ürəkli olmaqdan mühafizə etsin..

    alıntı
#01.11.2012 20:54 0 0 0