Gəl biz indidən ayrılaq

Son güncelleme: 28.11.2012 12:49
  • Gəl biz indidən ayrılaq

    Sevgiyə yoxdursa dəyər gəl biz indidən ayrılaq.

    Olmamış illərmiz hədər gəl biz indidən ayrılaq



    Qismətimiz vermir izin,axırı yoxdur bu yolun

    Ağlamasın qəmli gözün,axırı yoxdur bu yolun,

    Yaxşı bilirsən ki özün,axırı yoxdur bu yolun

    Ayrıdırsa yollar əgər,gəl biz indədən ayrılaq.



    Dost kimi ayrılmaq üçün cəhd eləyək gəl bu səfər

    Xoş qalacaq xatirələr,ağlama ayrılsaq əgər

    Gör nə zamandır çəkirik sən də kədər,mən də kədər

    Yoxdu sevincdən bir əsər,gəl biz indidən ayrılaq.


    Küsməliyik gəlsə sabah,düzdü barışsaqda bugün

    Getmirik onsuzda yola sən ərköyün,mən ərköyün.

    Vaxtımızı itirməyək,çünki qovuşmağmız üçün

    Razı deyil bircə nəfər,gəl biz indidən ayrılaq.



    Gün gələr öz hissimizə qurban olub ayrılarıq

    Nakam olan sevgimizə peşman olub,ayrılarıq

    Qorxuram axırda küsüb,düşman olub ayrılarıq

    Dostluğumuz var nə qədər,gəl biz indidən ayrılaq.


    Perviz Arif
#27.11.2012 08:18 0 0 0
  • ne olsa... AYRILIQ heç olmasa..
    elleriniz var olsun
#28.11.2012 09:11 0 0 0
#28.11.2012 12:49 0 0 0