Hüseyn Cavid - Bir zamanlar

Son güncelleme: 28.11.2012 17:33
  • Bir zamanlar sənin pənbə kölgəndə
    Pək bəxtiyar idim, nazlı dilbərim.
    Hənuz bəxtiyarlıq duyulmaz məndə,
    Yalnız gülümsərdi məhzun gözlərim.

    Ayrılıq nə yaman dərd imiş, aman!
    Sənsiz halım gündən-günə pərişan,
    Vüslət dəmlərini anar də hər an,
    İzlər yollarını yorğun gözlərim...

    Sənsiz bütün duyğularım bunalmış,
    Zehnim, fikrim durmuş, həp dona qalmış,
    Uyqum çəkilmiş, könlümü qəm almış,
    Yalnız arar səni vurğun gözlərim.
#28.11.2012 09:03 0 0 0
  • teşekkürlər bu gözəl paylaşm üçün
#28.11.2012 09:07 0 0 0
#28.11.2012 12:50 0 0 0
  • Ellerinize sağlıkar arkadaşım..
#28.11.2012 17:33 0 0 0