İncəlik salatı

Son güncelleme: 08.12.2012 23:28
  • İncəlik salatı terifi ve hazırlanması

    noimage

    Tərkibi:

    Kartof
    "Bizim Tarla" xiyar turşusu
    Təzə xiyar
    Çuğundur
    Yumurta
    Kök
    Yaşıl soğan
    Şüyüd
    "Bizim Süfrə" klassik mayonezi
    Xama (smetan)
    Azərduz yodlu narın xörək duzu, istiot

    Hazırlanması: Bütün tərəvəzlər bişirilir. Duz, istiot yaddan çıxmasın. Bişmiş tərəvəz sürtkəcin böyük gözündən keçirilir. Göyərtini xırdalayın. Yaxşı olar ki, təzə xiyarı əvvəldən sürtkəcdən keçirib ılıyin içinə qoyun (suyu süzülmək üçün). Sonra tərəvəzi lay-lay yığın:

    1-ci lay

    kartof, duzlu xiyar, mayonez, üstə yaşıl soğan

    2-ci lay

    çuğundur, mayonez, şüyüd

    3-cü lay

    yumurta, təzə xiyar, mayonez, yaşıl soğan

    4-cü lay

    kök, xama, şüyüd

    nuş olsun!
#08.12.2012 23:28 0 0 0