Qırmızı kələm və boranı tumundan salat

Son güncelleme: 02.02.2013 02:46
  • Qırmızı kələm və boranı tumundan salat terifi

    noimage

    Tərkibi:

    250 q qırmızı kələm
    100 q boranı
    30 q boranı tumu
    duz
    qara istiot
    mərzə, reyhan (istəyə görə - provans ədviyyatları)
    20 q kişmiş
    3 x.q. şəkər tozu
    40 ml su
    1 portağal
    3 x.q. bitki yağı
    2 x.q. küncüt

    Boranını nazik saman kimi, yaxud nazik kvadratlara doğrayın, qaba yığın, üzərinə bitki yağı gəzdirin, duz, istiot, quru göyərti səpin, qarışdırın. Folqa ilə büküb 190 dərəcə qızdırılmış sobada 10 dəqiqə bişirin.
    Kişmişi qaynar suda 5 dəqiqə isladın. Yaxşıca yuyub süzün.
    Kələmi çox nazik doğrayın. Duz, istiot səpin, əlinizlə ovxalayın ki, şirəsi çıxıb yumşalsın.
    Quru, qızdırılmış tavaya şəkər tozunu səpin, su əlavə edib bir neçə saniyə qaynadın. Bura boranı tumunu da əlavə edin, qarışdırın.
    Boşqaba bitki yağı çəkin, boranı tumlarını çıxarıb içinə qoyun, siropu atmayın.
    Tavadakı siropa portağalın şirəsini əlavə edin, orta itilikdə odda 1-2 dəqiqə bişirin. 2 x.q. bitki yağı əlavə edin, istiot vurub qarışdırın.
    Kələm, boranı, kişmiş və boranı tumunu, küncütü qarışdırın, üzərinə portağal sousu gəzdirin...


    Nuş olsun...
#02.02.2013 02:46 0 0 0