Ermənilər əsgərimizi yaraladılar

Son güncelleme: 05.02.2013 09:32
  • Xeberler - Sosial xeberler


    noimage

    Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb. APA-nın məlumatına görə, hadisə cəbhənin Ağdam istiqamətində qeydə alınıb.

    Ordumuzun əsgəri, 20 yaşlı Şahmar Şahlar oğlu Daşdəmirov düşmən gülləsinə tuş gəlib. Nəticədə güllə yarası alan əsgər hospitala yerləşdirilib.

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

    Qeyd edək ki, Ş.Daşdəmirov Xaçmaz rayonundan hərbi xidmətə çağırılıb.

    QaynaqLent.az
#05.02.2013 09:32 0 0 0