Hündürdaban ayaqqabıların tarixi

Son güncelleme: 16.02.2013 00:42
  • Hündürdaban ayaqqabıla - Hündürdaban ayaqqabıların tarixi haqqında bilmedklerimiz

    Bütün qadınların sevdiyi hündürdaban ayaqqabıların necə yarandığını bilirsinizmi? Özünüzə olan etibarınızı artıran hündürdaban ayaqqabının maraqlı tarixini öyrənək.

    Ayaqqabını kimin icad etdiyi hələ də bilinmir.Ancaq amerikalı arxeloqların araşdırmalarında Daş dövrünə aid hörülmüş otlardan səndəllər tapılmışdır.

    Mütəxəssislər hündürdaban ayaqqabının fərdi istifadə sayəsində ortaya çıxdığına inanır.Misirli fermerlər torpağa batmamaq üçün ayaqqabıların altına topuq taxırmışlar.At sürən kişilər yəhərin üzərində rahat dayanmaq üçün hündürdaban ayaqqabıdan istifadə edirmişlər.

    Müasir hündürdaban ayaqqabını isə Leonardo Da Vinçi hazırlamışdır.Hündürdaban ayaqqabı 17-ci əsrdə yayılmağa başlayıb.1680-ci ildə qadınlar bir dəyənəyin köməyi ilə gedə biləcəkləri qədər hündür və incə hündürdaban ayaqqabılar geyinməyə başlayıb.

    Kişilər də hündürdaban ayaqqabı geyinirdilər.Ən yüksək hündürdaban ayaqqabıları ancaq soylu ailələr geyinirdi. Qırmızı dabanlı ayaqqabıları ancaq soylu ailələrin geyinməsinə icazə verilirdi.

    18-ci əsrdə kişilər hündürdaban ayaqqabıları geyinməyi tərgitdilər.Artıq yalnız qadınlar 10-12 sm-ə çatan hündürdaban ayaqqabılar geyinirdilər. Bu ayaqqabıların qadınlar üçün zəriflik göstəricisi olduğuna inanırdılar.

    1789-cu ildə fransız qiyamı ilə birlikdə hündürdaban ayaqqabı dəbi yerini altı düz ayaqqabılara verdi. 50 il boyunca qadınlar öz sağlamlıqları haqda düşünərək altı düz səndəllər geymişlər. Ballarda belə zərif ipək ayaqqabılardan istifadə edilirdi.Ancaq 19-cu əsrdə hündürdaban ayaqqabı dəbi geri döndü.Gənc və subay qadınlar hündürdaban ayaqqabı geyindikdə daha cazibədar göründüklərini düşünürdülər.Ancaq bilmədikləri bir çox məsələ vardı.

    Bu cür ayaqqabılar orta çəkidə olan qadınları daha da kök göstərirdi.Çox incə ayaqları olanlar isə hündürdaban ayaqqabıda çox pis görünürdülər.Ancaq balaca bir daban bu cür ayaqları daha gözəl göstərirdi.

    Hündürdaban ayaqqabı sağlamlıq baxımından da cox zərərlidir.Hündürdaban ayaqqabıdan çox istifadə edənlərin ayaqları böyük zərər görür və bu sağlamlıq heç vaxt geri qayıtmır.

    Alıntı..
#16.02.2013 00:42 0 0 0