Pomidor souslu qızardılmış balqabaq dilimləri

Son güncelleme: 18.02.2013 00:52
  • Pomidor souslu qızardılmış balqabaq dilimlərin terifi ve terkibi

    4 porsiya üçün
    1 kq balqabaq
    Qazırtmaq üçün bitki yağı
    80 q un
    1 ç.q. qırmızı istiot
    0,5 ç.q. pulbibər
    Duz
    Sous üçün:
    4-5 pomidor
    1-2 x.q. zeytun və ya bitki yağı
    1 diş sarımsaq
    Şüyüd və cəfəri
    Şəkər tozu (zövqə görə)

    Balqabağı yuyub 1 sm qalınlığında uzun doğrayıb qabığından ayırın. Qazanda un, qırmızı istiot, pulbibər, duzu qarışdırın. Balqabaq dilimlərini duzlayıb un qarışığında 5-10 dəqiqə saxlayın. Unun qalığını çırpın. Tavada 2 x.q. yağı isidib dilimləri 5-7 dəqiqə orta odda qızılı çalar alana qədər qızardın.

    Hər iki tərəfini qızartdıqdan sonra qabağın bişib-bişmədiyini çəngəllə yoxlayın. Sousu hazırlamaq üçün pomidorları kub şəklində doğrayın. Göyərtini yuyub qurudun. Sarımsağı xırda doğrayın. Tavada 1 x.q. zeytun və ya bitki yağını isidib pomidorları əlavə edin. Duz, istiot vurun, sousu qaynadın, odun altını azaldın, 10-15 dəqiqə bişirin. Hazır olana yaxın duz, şəkər tozu, göyərti, sarımsaq qatın. Boşqaba əvvəlcə sousu, üstündən də qızardılmış dilimləri qoyun.

    Nuş olsun..
#18.02.2013 00:52 0 0 0