Getmə

Son güncelleme: 19.02.2013 11:17
  • Sevgi şeirleri - Hesretle bağlı şeirler - Getme şeirin oxu


    noimage

    Getmə

    Fəğan düşər dənizlərə sular çəkilər
    Yağış yağmaz vahələrdən kirpiklərimə
    Bir külək hıçqırar tənhada, bir budaq qırılar
    Boynun bükər səhər karvanları kəpənəklər ölər

    Getmə

    Yetim qalar içimdəki sevgi dağları
    Saçlarını öpən səhər küləyi, dan ulduzu
    Bir daha durnalar köçməz, bülbüllər oxumaz
    Çiçəklər açmaz bağçamda..

    Getmə

    İçimdəki bütün vaqonlar aşar
    Bir qar yağar stansiyalara, üşüyərəm

    Getmə

    Bütün meşələr atəşə verilər
    Quşlarda gedər bu şəhər də, ölərəm

    Getmə qal

    Lalələr açsın dağlarda
    Sevincə çevrilsin səma
    İki qışqırıq arasında buraxma məni gülüm
    Yoxluğuna alışa bilmərəm yoxluğun ölümümdür!

    Getme


    alıntı
#18.02.2013 14:03 0 0 0
  • elede xowegelmez weir deyil
#18.02.2013 14:24 0 0 0
  • zövqlər müxtəlifdir
#19.02.2013 05:47 0 0 0
  • ola biler amma menlik deyil
#19.02.2013 11:17 0 0 0