Yollar nə uzunmuş şeri - Yollar nə uzunmuş şerin dinle,oxu
Yollar nə uzunmuş gözüm qaraldı,
baxdıqca həsrətlə üfüqə qədər...
Yoxsa bu yolları şaxta-qar aldı,
mənim də qəlbimə yağdı qəm-kədər!...
Yollar nə uzunmuş dönük taleyim,
getdi yarıyacan,daşa toxundu...
Ona yetişmədi acı gileyim,
qəlbimdə yas oldu-orda oxundu!...
Yollar nə uzunmuş elə bilirdim,
sən mənə "sevgilim,gəl,"-deyəcəksən!...
Həsrətdən-hicrandan,yəqin,ölərdim,
ölmədim ki,bəlkə,gözləyəcəksən!...
Yollar nə uzunmuş bəs necə gəldim!...
sənin məhəbbətin gətirdi məni...
Bir anın içində yox oldum-öldüm,
sənin dönüklüyün itirdi məni!...
Alıntı..