Qadınların həyatda etdiyi 10 ən böyük səhv

Son güncelleme: 05.03.2013 23:03
  • Qadınların həyatda etdiyi 10 ən böyük səhv hansılardı?

    Türkiyə mətbuatı qadınların ən böyük 10 səhvinin siyahısını təqdim edib.

    1. Analıq dünyanın ən gözəl hislərindən biridir. Cəmiyyətə diqqətlə nəzər yetirsək, gördüklərimizin bir çoxunun məhz bunun nəticəsində var olduğunu görərik. Qadınlar çox vaxt səhv edərək bu hisdən boyun qaçırır.

    2. Qadınlar hər cinsi əlaqədən sonra kişilərin onlara hörmət etmədiyini düşünür. Bu qadınların ən böyük səhvlərindəndir.

    3. Bir qadının etdiyi ən böyük səhvlərdən biri də, həyat yoldaşına yaxın dostu kimi rəftar etməsidir. Bəzi qadınlar aralarında olan mövzuları, şəxsi olaraq saxlamalıdırlar. Qadınların və kişilərin özlərinə xas sirrləri olmalıdır.

    4. Qadınlar romantikanı, kişilər isə erotikanı sevərlər. Bu hardasa universal bir qaydadır. Əvvəlcə qadınlar bu vəziyyəti qəbul etməlirdirlər. Qadınlar partnyorlarının erotizmini anlamağa, paylaşmağa və yoldaşlıq etməyə çalışmalıdır. Bunu etməmək qadınları gözdən salır.

    5. Qadınlar hiss etdiklərini kişilərə xəbərdar etmək üçün, duyğularını dilə gətirməlidir. Bunu etməmək qadının səhvlərindəndir.

    6. Qadınlar üçün özlərini sevmələri, cinsi münasibət zamanı hər iki tərəfin zövq alması üçün böyük əhəmiyyət daşıyır. Çünki özünü sevməyən biri, başqasını həqiqətən sevə bilməz. Özünə dəyər verməyən birisi, başqasına dəyər verə bilməz. Qısa ya da uzun, kök ya da çox zəif fərq etməz. Hər qadın gözəldir. Qadınların bunu dərk etməməsi səhvdir.

    7. Başqa insanları xarici görünüşlərinə görə alçaltmaq düzgün deyildir. Hər kəsin fərqli xüsusiyyətləri və ya qüsurları ola bilər. Ancaq özünü mükəmməl qəbul edib hər kəsi kiçik görmək, onları tənqid etmək olmaz. Qadın qadını tənqid etməməlidir.

    8. Cinsi əlaqə zamanı, qadın və kişi bədənlərini bir-birlərinə təqdim etməlidirlər. Bunu etməmək kişiləri qadınlardan uzaqlaşdırır.

    9. Hər kişi bəyənilmək və özünə hörmət edilməsini istəyər. Onlar hətta partnoyrlarının yalnız davranışlarına deyil, özlərinə də fikir verməsini gözləyər. Axşamlar partnyorlarının gözəl paltarlarla onları qarşılamasını, gözəl qoxu verməsini, kiçik sürprizlər hazırlamasını arzu edərlər.

    10. Cütlüklərin cinsi həyatlarını daha gözəl yaşaya bilmələri üçün bir-birlərinə güvənmələri kifayətdir.

    Alıntı..
#05.03.2013 23:03 0 0 0