Şokoladlı trüfel

Son güncelleme: 11.03.2013 12:19
  • Şokoladlı trüfelin terifi ve terkibi - Şokoladlı trüfelin hazırlanma qaydası

    noimage

    Tərkibi:

    200 q "Malyutka" uşaq yeməyi, yaxud quru süd
    50 q kakao
    250 q şəkər tozu
    200 q kərə yağı


    Qazana 100 ml su tökün, şəkər tozu əlavə edin.

    Qaynara düşəndə yağ əlavə edin, orta itilikli odda, qatılaşanadək bişirin (təxminən 30 dəqiqə).

    Uşaq yeməyini (yaxud quru südü) kakao ilə qarışdırın.

    Az-az şəkərli-yağlı qarışığı əlavə edin (hamısını tökməyin, yarısı lazım olmaya da bilər). Yaxşıca qarışdırın. Qarışıq ovxantı, narın suxarı kimi olmalıdır.
    İsti qarışıqdan qoz boyda kürələr hazırlayın. Bunları kakao və şəkər pudrasının qarışığına batırın (həmçinin xırdalanmış qoz, yaxud kokos yonqarına da batıra bilərsiniz).



    Nuş olsun!
#11.03.2013 09:28 0 0 0
  • çok güzel ellerine sağlık kardeşim
#11.03.2013 12:00 0 0 0
#11.03.2013 12:06 0 0 0
  • ellerine saglık ceylan
#11.03.2013 12:19 0 0 0