Rafaello salatı

Son güncelleme: 11.03.2013 10:09
  • Rafaello salatının terifi ve terkibi - Rafaello salatının hazırlanma qaydası

    noimage

    Tərkibi:

    300-400 q ət
    6 yumurta
    1 baş soğan
    200 q bərk pendir
    1 diş sarımsaq
    mayonez
    qara istiot
    duz
    limon şirəsi
    bitki yağı (qovurmaq üçün)

    Əti yuyun, saman kimi doğrayıb bitki yağında qovurun. Duz və istiot vurun.

    Soğanı təmizləyin, yuyun, yarımhalqa doğrayın. Üstünə qaynar su töküb 5 dəqiqə saxlayın. Sonra suyu süzün, soğanın üstünə limon şirəsi gəzdirin.

    Yumurtaları suda bişirin, təmizləyib uzunasına iki yerə bölün. Sarılarını çıxarıb çəngəllə əzin. Buraya əzilmiş sarımsaq, istiot və mayonez əlavə edin, qarışdırın.
    Sonra bu qarışığı yumurta ağlarının içinə doldurun.
    Pendiri sürtgəcin xırda gözündən keçirin.

    Salatı lay-lay yığın:
    1-ci lay: ət
    2-ci lay: soğan
    3-cü lay: mayonez
    4-cü lay: yumurtalar (hamar, yastı hissələri üzü aşağı olmaqla)
    5-ci lay: mayonez
    6-cı lay: pendir.

    Nuş olsun!
#11.03.2013 09:33 0 0 0
  • ellerine saglık mis gibii
#11.03.2013 10:09 0 0 0