Məni müqəddəs bilən ürəyindən öpərəm

Son güncelleme: 27.03.2013 07:54
  • Sevgi şeirleri - Mehebbet şeirleri - Məni müqəddəs bilən ürəyindən öpərəm şeirin oxu



    Gözlərindən öpərəm, dodaqlarından sənin,
    Şirin sözlər asaram qulaqlarından sənin,
    Saçını oğurlayıb daraqlarından sənin,
    Saxlayaram cibimdə, gizli-gizli qoxlaram,
    Yandıraram gecələr, gəlirsənmi yoxlaram...

    Əllərindən tutaram, biləyindən öpərəm,
    Saçlarının gül qoxan küləyindən öpərəm,
    Məni müqəddəs bilən ürəyindən öpərəm,
    Öpərəm ki, biləsən mən müqəddəs deyiləm,
    Nə var məndən qaçmağa, mən ki qəfəs deyiləm...

    Qırmızı kəmturş şərab badələrə süzülər
    Zarafatlar uzanar, ürəyimiz üzülər...
    Barmaqlarım tələsər, düymələrin çözülər,
    Içimə bir od düşər, titrəyər ayaqlarım,
    Süd yolunda dincələr qurumuş dodaqlarım...

    Ürəyimin parası, gözümün bir tikəsi,
    Məni yaman qorxudur dinməmək təhlükəsi.
    Mən özündənrazının, eqoistin yekəsi,
    Sən zəriflik tanrısı, qadının ötəsisən
    Bütün xoş şeylər kimi sən dəmi bitəsisən ?

    Qismət
#19.03.2013 09:35 0 0 0
  • Super
#19.03.2013 12:20 0 0 0
  • teşekkürler
#27.03.2013 07:54 0 0 0