Mozaika suflesinin terifi ve terkibi - Mozaika suflesinin hazırlanma qaydası
Tərkibi:
500 q qaymaq (33-35%-li)
200 q şəkər tozu
5 paket müxtəlif rəngli jele (yarımfabrikat)
40 q jelatin
Jeleni paketin üstündə yazılan qaydada hazırlayın. Hər rəngdə jeleni ayrı qaba 0,5-1 sm qalınlıqda tökün. Soyuducuya qoyub bərkiməsi üçün 3-4 saat soyudun.
Jelatinin üstünə 150 ml soyuq qaynanmış su töküb 1 saat saxlayın.
Hazır jeleni kubik doğrayın.
Jelatini ocağın üstünə qoyun, qaynara düşəndə götürün (qaynamasın). Soyudun.