Quran əxlaqı

Son güncelleme: 22.05.2013 09:05
  • İslamda exlaq anlayışı - Quran əxlaqı haqqında

    Şeytanın gücü yalnız Allahʹın cəhənnəm üçün xüsusi olaraq yaratdığı insanlara təsir edir. Şeytanın səmimi qəlblə Rəbbimizə yönələn, Onun əmr və tövsiyyələrini çox böyük dəqiqliklə yerinə yetirən, yalnız Allahʹın rızasını qazana bilmək üçün ixlasla saleh əməllər edən və əməllərinin qarşılığını axirətdə alacaqlarını bilən insanlar üzərində heç bir gücü yoxdur. Şeytanın insanı doğru yoldan azdırmaq üçün göstərdiyi bütün səylər, qulağına fısıldadığı vəsvəsələr iman edənlərə təsir etməz. Allah bu həqiqəti ayələrində belə bildirir:Şübhəsiz ki, şeytanın iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir.Nəhl 99-100 Başqa bir ayədə şeytanın bu vəziyyəti belə xəbər verilir:Doğrusu, Mənim bəndələrim üzərində sənin heç bir hökmün ola bilməz. Rəbbinin vəkil olması kifayət edər! (İsra 65)
    Buna görə də Allah iman edənlərə Quranda “Sizi yalnız o Şeytan öz dostlarından qorxudub çəkindirir. Amma siz onlardan qorxmayın! Əgər möminsinizsə, Məndən qorxun!" (Ali İmran surəsi, 175) deyə buyurur. Şeytan bəlkə də müxtəlif üsullarla insanın bir anlıq xəta etməsinə səbəb ola bilər, lakin Müsəlman hər hansı bir xəta etdiyində, dərhal fərqinə varar və tövbə edib Allahʹa sığınar. “Əraf” surəsində iman edənlərə belə bildirilir:Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, Allah eşidəndir, biləndir! Allahdan qorxanlara Şeytandan bir vəsvəsə toxunduğu zaman onlar xatırlayıb düşünərlər və dərhal görən olarlar.
    İman edən insanlar bütün varlığını Allahʹa həsr etmişdir. Allah üçün yaşayar və daim Allah ilə bərabər olduğunun şüurundadırlar. Allahʹa, Onun rızasına və cənnətinə qovuşmaq üçün daima axirətə ümid edirlər. Dünyada isə Allah üçün səbir edir, Ona təvəkkül edir, hər işi təşkil edib nəzarəti altında tutanın, özünü də hər an görüb bilənin uca Rəbbimiz olduğunu bilirlər. Etdiyi hər işdə, gördüyü hər görüntüdə Allahʹın sonsuz ağlını, heyranlıq oyandıran sənətini və Onun uca qüdrətini görüb təfəkkür edən insanlar üçün bütün bunları dilə gətirmək nemət və böyük ibadətdir. Allahʹı anma insanı bütün xoşagəlməzliklərdən qoruyan, insanın qəlbinə dinclik və etibar verən, axirətdə qurtuluşa çatmasına səbəb olan ən mühüm yollardan biridir. Allah Quranda belə buyurur.
    Allahʹı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir


    alıntı
#22.05.2013 09:05 0 0 0