Qırmızı pəhriz salatı

Son güncelleme: 22.05.2013 11:33
  • Qırmızı pəhriz salatıın terifi ve terkibi - Qırmızı pəhriz salatıın hazırlanma qaydası


    noimage

    Tərkibi:

    500 q turp
    500 q xırda çuğundur
    kahı
    200 q qoz (fındıq, badam, keşyu, sidr qozası - zövqə görə)
    cəfəri
    6 x.q. bitki yağı
    1 x.q. sirkə
    1 diş sarımsaq
    duz
    təzə üyüdülmüş qara istiot

    Turpun qabığını soyun. Kubik doğrayın, qaynayan duzlu suda 2-3 dəqiqə saxlayın. Sonra suyunu süzün. Turpu qurudun. 3 x.q. bitki yağında təxminən 5 dəqiqə qovurun.

    Çuğunduru şotka ilə yuyun. Üstünə qaynar su töküb, qabıqlı, yumşalanacan, təxminən 20 dəqiqə bişirin. Soyudun. Qabığını soyub dilimləyin.

    Qozu quru, qaynar tavada 1-2 dəqiqə qovurun. Sonra bıçaqla iri doğrayın.

    Sous: sarımsaq və cəfərini (3 budaq yetər) xırdalayın, bir qaba qoyun, 3 x.q. bitki yağı, sirkə, duz, istiot əlavə edib çəngəllə yaxşıca çalın.

    Kahı yarpaqlarını yuyub aşsüzənə yığın. Suyu süzüləndən sonra boşqablara düzün. Üstünə çuğundur dilimləri, qovrulmuş turp qoyun, üstünə sous gəzdirib qovrulmuş qoz səpin.

    Nuş olsun!
#22.05.2013 11:30 0 0 0
  • Nuş olsun :)
#22.05.2013 11:32 0 0 0
#22.05.2013 11:33 0 0 0