Azərbaycanda Ramazan ayının başlanmasının dəqiq tarixi açıqlandı

Son güncelleme: 24.05.2013 06:57
  • Xeberler - Sosial xeberler

    Yeni ay iyulun 8-də gündüz saat 12:16-da görünəcək.

    Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılovun APA-ya verdiyi məlumata görə, Ramazan ayının başlanmasını bildirən yeni ay iyulun 8-də gündüz saat 12:16-da görünəcək: “Astronomik təqvimlə həmin axşam niyyət axşamıdır, iyulun 9-dan isə orucluq başlayır”.

    Onun sözlərinə görə, növbəti ay avqustun 7-də gecə saat 02:52-də təzələnəcək.

    Ramazan ayının başlanması ilə əlaqədar fətva Qafqaz Müsəlmanları İdarəsi tərəfindən veriləcək. Azərbaycan Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanda Ramazan bayramı avqustun 8-9-da qeyd olunacaq.

    Milli.Az
#24.05.2013 06:57 0 0 0