Badımcandan laylı salat

Son güncelleme: 27.05.2013 08:18
  • Badımcandan laylı salatın terifi ve terkibi - Badımcandan laylı salatın hazırlanma qaydası

    noimage

    Tərkibi:

    1-2 badımcan
    2 yerkökü
    2 duzlu xiyar
    3 baş soğan
    5 duzlu göbələk
    1 alma
    xama
    cəfəri
    duz

    Badımcanı yuyun. Sobada hazır olanadək bişirin. Soyudun. Çəngəllə əzin.

    Yerkökünü yuyun, sürtgəcin iri gözündən keçirin.

    Duzlu xiyarı xırda doğrayın.

    Təzə baş soğanı xırda doğrayın.

    Buluda əzilmiş badımcanı düzün. Üzərinə çalınmış xama çəkin.

    Soğanın yarısını döşəyin. Üzərinə çalınmış xama çəkin.

    Duzlu xiyarın yarısını döşəyib üzərinə çalınmış xama çəkin.

    Yerkökünün yarısını döşəyin, üzərinə çalınmış xama çəkin.

    Sonra layları təkrarlayın: badımcan+xama+soğan+xama+duzlu xiyar+xama+yerkökü+xama.

    Salatın kənarlarını hamarlayın. Üstünü duzlu göbələk, alma dilimləri və cəfəri ilə bəzəyin. Zövqə görə duz vurun.

    Nuş olsun!
#27.05.2013 08:18 0 0 0