QİÇS-ə qarşı yeni dərman hazırlanıb

Son güncelleme: 29.05.2013 07:11
  • sağalmaz xesteliklerle mübarize yolları - QİÇS-e qarşı yeni derman

    Biotron şirkəti Taylandın paytaxtı Banqkokda 21 QİÇS-HİV virusu daşıyıcısının üzərində BİT225 antivirus preparatının ilkin sınaqlarının uğurla başa çatdığını bildirib.

    9 News-a istinadən bildiririk ki, bu barədə şirkətin icraçı direktoru Mişel Miller deyib.
    QİÇS-ə qarşı tətbiq edilən mövcud preparatlar T hüceyrələrdə virusu öldürməyə yönəlib və bu minvalla T hüceyrələr səviyyəsini gərəkli həddə saxlayır.

    Lakin bu preparatlar başqa hüceyrələrdə olan "QİÇS rezervuarları"na təsir etmir və nəticədə virus insan orqanizmində qalır.
    Biotron-un yeni preparatı beyin, qaraciyər, ağciyərlər, mədə-bağırsaq sistemi və s.-də olan makrofaqlara təsirə hesablanıb.

    Makrofaqlar QİÇS-in "surət"ini çıxarır, onu qana ötürür və nəticədə virus yenidən T-hüceyrələrə hücum çəkir. Yəni dərman preparatı makrofaqların öhdəsindən gələ bilərsə, QİÇS-HİV virusu "qidalanma mənbəyi"ni itirəcək. Məhz bu səbəbdən də yeni preparat qanda virus miqdarını aşağı salır.

    Dərmanın sınaqları bu ilin sonunadək başa çatacaq.
    Biotron rəhbərliyi bildirir ki, yeni preparatı qəbul edən şəxslər 20-25 il yaşaya biləcəklər.

    Lakin sözügedən preparat immun sistemini zəiflədir, orqanizmin qocalmasını sürətləndirir.

    alıntı
#29.05.2013 07:11 0 0 0