Eşq andımız var

Son güncelleme: 18.06.2013 07:01
  • sevgi şeirleri - mehebbet şeirleri - sevgiliye yazılanlar - Eşq andımız var şeirin oxu

    Məni bir qələmdə silib ata bilməzsən
    Mənə indi, bir əl kimi baxa bilməzsən
    Məni tərk etməyi gözə ala bilməzsən
    Səninlə illərdir bir hüququmuz var

    Səni mən kimsəyə əsla dəyişmədim
    Sənə bir dəfə olsun yalan danışmadım
    Səndən başqasıyla belə gülə bilmədim
    İllərdir bitməyən, eşq andımız var

    Bu eşqdən imtina etmək indi asan deyil
    Hər şeyi tərk edib getmək çarə deyil
    Keçmişi unudub, qırmaq gözəl deyil
    Birlikdə yaşanan çox günlərimiz var...

    Əli Uydurucu
#18.06.2013 07:01 0 0 0