Ramazan ayının başlayacağı gün açıqlandı - FƏTVA

Son güncelleme: 09.07.2013 07:11
  • Xeberler - Sosial xeberler


    Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Ramazan ayının başlanması ilə bağlı fətva verib

    APA-nın məlumatına görə, fətvada bildirilir ki, Ramazan ayı bu il miladi təqvimi ilə iyulun 10-da başlayır, iyulun 9-u isə orucluğun niyyət gecəsidir.

    Ehtiyatən iyulun 9-u qəza və ya müstəhəb niyyəti ilə oruc tutmaq məsləhətdir. Ayın görünməsindən asılı olaraq Ramazan bayramı Şəvval ayının birinə (miladi təqvimi ilə avqustun 8-i və ya 9-na ) təsadüf edəcək. QMİ-nin tərtib etdiyi cədvələ əsasən, Qədr gecələri Ramazan ayının 18-dən 19-na, 20-dən 21-nə, 22-dən 23-nə keçən gecələrə təsadüf edir.

    QMİ mübarək Ramazan ayında hamını səbirli olmağa və Allah yolunda xeyirxah işlər görməyə çağırıb. Fətvanın verilməsi ilə bağlı hazırda QMİ-də Şeyxülislam Hacı Allahşükür Paşazadə tədbir keçirir.

    Milli.Az
#09.07.2013 07:11 0 0 0