O sevə bildimi səni mən qədər

Son güncelleme: 29.07.2013 11:51
  • sevgi şeirleri - hesret şeirleri - O sevə bilirmi, səni mən qədər şeirin oxu


    Özgə gülüstanda gül açdın, gülüm,
    İndi yad nəfəsi duyan sevgilim,
    Doğru de nə olar, doğru de bilim,
    O sevə bilirmi, səni mən qədər?

    Hələ xatirəmdən itmir izlərin,
    Görürsən üzgünəm, mən də sən qədər,
    Bəs nədən ağlayır gülən gözlərin,
    O sevə bilirmi, səni mən qədər?

    Mən fəryad edirəm, sən ahu-zarda,
    Həyat üz döndərib qalmışıq darda,
    Mən burda bədbəxtəm, sən isə orda,
    O sevə bilirmi, səni mən qədər?

    Ömrüm bax beləcə bitib gedəcək,
    Yarın yolu məzarlıqdan düşəcək,
    Qəbrimin üstündə yazı görəcək,
    "O sevə bildimi səni mən qədər" ?

    MÜƏLLİF : RUSİF HÜSEYNOV
#29.07.2013 11:51 0 0 0