Füzulidə əhali bir aydır işıqsız qalıb

Son güncelleme: 05.12.2013 23:52
  • Camaatın iddiasına görə, yeni istifadəyə verilmiş Elektrik Stansiyası icra başçısı ilə yaxınlarına işləyir

    Füzuli rayonu və kəndlərində artıq bir aya yaxındır ki, elektrik enerjisinin əhaliyə verilməsində fasilələr yaranmağa başlayıb. Saatlarla işıqsız qalan rayon sakinlərinin şikayətlərinə isə əhəmiyyət verən yoxdur. Bu barədə JAM.AZ-a müraciət edən bir qrup şəxs bildirib ki, qış aylarında belə vəziyyətin yaranması insanların qəzəbinə səbəb olub.

    Onlar qeyd ediblər ki, hələ bir müddət əvvəl prezident İlham Əliyevin də açılışında iştirak etdiyi Elektrik Stansiyası istifadəyə verildikdən sonra camaatda əminlik yaranıb ki, bundan sonra onların işıq problemi olmayacaq. Lakin baş verənlər və hər gün üzləşdikləri mənzərə isə ümidlərinin alt-üst olmasına gətirib çıxarıb. «Bəzi işyarıtmaz adamlar nəticəsində rayon əhli işıqsız qalıb. Rayonda yaşayış məntəqələrinə verilən elektrik enerjisi növbəlilik prinsipi üzrə həyata keçirilir».

    Rayon camaatının dediyinə görə, bütün bunlara rəğmən, Füzulinin icra başçısı Alı Alıyev və onun yaxınlarının nə evləri, nə də obyektlərinin işıqları isə sönmür. Camaatın iddiasına görə, yeni stansiya məhz icra başçısı və qohumları üçün inşa edilib.
#05.12.2013 23:52 0 0 0