Düzgülər

Son güncelleme:
  • Düzgülər uşaq aləmi üçün maraqlı olan adların, hərəkətlərin, obrazların təkrar edildiyi və müstəqil məna ifadə etməyən, süjeti olmayan mətnlərdir.

    Lakin bu heç də o demək deyil ki, düzgülərdə yalnız forma var.

    Müşahidələr göstərir ki, ibtidai, primitiv şəkildə olsa da, düzgülərin hər birində pərakəndə şəkildə müəyyən məzmun nəzərə çarpır.

    Düzgülərin daha əvvəllərdə-alliterasiyalı poeziyanın meydana gəldiyi dövrlərdə yarandığını ehtimal edənlər var.

    Son vaxtlar düzgülər “Təkərləmə” adı ilə də təqdim olunur:

    Üşüdüm ha, üşüdüm,
    Dağdan alma daşıdım.
    Almacığım aldılar
    Məni quyuya saldılar.
    Cürümçülər gəldilər,
    Mənə cürüm verdilər.
    Mən cürümdən bezaram,
    Dərin quyuya qazaram.
    Dərin quyu beş keçi,
    Hanı bunun erkəci?.

    alıntı
0 0 0