Hülya Avşar Yeni ili azərbaycanlı milyarderlə qarşıladı

Son güncelleme: 07.01.2014 13:29
  • Türkiyənin tanınmış aktyor-müğənnisi Hülya Avşar yeni il gecəsi türkiyəli paparatsilərin foto-kameralarına tuş gəlib.
    Lent.az Türkiyə mediasına istinadən məlumatına görə, Hülya 2014-cü ili azərbaycanlı iş adamı Mübariz Mənsimovun təşkil etdiyi ziyafətdə qarşılayıb. Gecəyə bacıları Leyla Avşar, Helin Avşar və əmisi professor Erol Avşarla qatılan Hülya yaxınları ilə səhər saatlarına qədər əylənib.
#07.01.2014 13:29 0 0 0