Külli nəticə görmüşəm

Son güncelleme: 26.01.2014 12:25
  • Haram şeydən dadalara, cümlə yazığa baxmışam.
    Dindən geridə qalanlarda külli nəticə görmüşəm.
    Tərbiyədən xəbərsizi görüb tədbirim almışam.
    Tərbiyəsiz olan kəsdə külli nəticə görmüşəm

    Ey insani keyfiyyəti toplayan ey insan oyan.
    Sən günahsız doğulmusan nə qədər olar günah dayan.
    Yoxmu sənə o dünyanı, cəhənnəmi zərrə ayan?
    Ölənlərdə, qalanlarda külli nəticə görmüşəm.

    Gördüm haram olan şeylər təkcə bədbəxtlik verərmiş.
    Ağılsızlar, yelbeyinlər səfil həyat sürərlərmiş.
    İradəsi olan kəslər hər əzaba dözərlərmiş.
    Hər əzaba dözərək mən külli nəticə görmüşəm.

    Hey deyirəm haramdır bu, deyir namaz qılanlara.
    Hey deyirlər dərdliyik biz, dərdimizdən keflənirik.
    Deyirəm ki, nə yarımçıq?
    Hər şeyiniz bütöv, tamam.
    Ailəniz də sapasağlam,
    Canınız da sapasağlam.
    Sapasağlam durub baxıb külli nəticə görmüşəm.


    alıntı
#26.01.2014 12:25 0 0 0