Yox demə

Son güncelleme:
  • Eşqimizi yaşadana ürək de
    Qəlbimizdə boy atana çiçək de
    Səni, məni yaradana kömək de
    Sevgi dolu sözlərimə yox demə!

    Elə bilmə həsrət məni əzəndi
    Ayrılıq da sevincindən bəzəndi
    Yollarıma daş, kəsəklər düzəndi
    Sənə gələn izlərimə yox demə!

    Dərd əlindən könlüm para-paradır
    Sənsiz dünyam heç bilmirəm haradır
    Həsrətindən yandı qəlbim yaradır
    Atəşimə, közlərimə yox demə!

    Sən hicranı həyatından at indi
    Səni sevdim könlüm yenə sevindi
    Mən səninəm, gözlərim də sənindi
    Baxıb sevən gözlərimə yox demə!

    alıntı
0 0 0