Fərqli kotlet

Son güncelleme:
  • Tərkibi:

    4 ədəd qaynadılmış kartof

    100-150 qr holland pendiri

    150 q vetçina (və ya toyuğun döş əti)

    2-3 ədəd yumurta

    İstəyə görə göy soğan və ya göyərti

    1-2 x.q un

    Duz, istiot

    Qızartmaq üçün bitki yağı


    Hazırlanması:

    Vetçina sevməyənlər qaynadılmış toyuğun sinə ətini xırda-xırda didib istifadə edə bilər.

    Kartof, vetçina, pendir sürtkəcin iri gözündən keçirilir.

    Sürtkəcdən keçirilmiş ərzaqların üzərinə yumurta, xırda doğranmış göy soğan, istiot, lazım olarsa duz əlavə edib yaxşı qarışdırılır.

    Un əlavə edilib qarışdırılır.

    Una batırılaraq kotlet forması verilib yağda qızardılır.

    Kotletlərimiz hazırdır.

    alıntı
0 0 0