1 ədəd yumurtanı 2 xörək qaşığı şəkər tozuyla çalırıq. 4 xörək qaşığı duru yağ və 150 qram kəsmik əlavə edib mikserlə yaxşıca çalırıq. Sonra ələnmiş unla 5 qram qabartma tozunu da əlavə edib xəmir yoğururuq.
Xəmiri sobada bişirmək üçün olan formalı qaba qoyub kənarlarını əlimizlə düzədib, üzərini falqa kağızı ilə örtürük.
İçliyimizi hazırlayana qədər soyuducuya qoyuruq.
Naringiləri qabığından təmizləyirik.
Naringiləri doğrayırıq, yarısını isə bəzəmək üçün saxlayırıq.
İçliyi hazırlamaq üçün 3 ədəd yumurtanı mikserlə çalırıq, 100 qram şəkər tozu əlavə edib yenə yaxşıca çalırıq.
Limonun qabığını sürtkəcdən keçiririk, suyunu isə sıxırıq. Sonra 1 çay qaşığı limon qabığının rəndəsini və 1 xörək qaşığı limon suyunu əlavə edib yenə mikserlə çalırıq.
Ardınca yumşaldılmış kərə yağını, xamanı, kəsmiyi və 5 qram qabartma tozunu da əlavə edib 2-3 dəqiqə yaxşıca mikserlə çalırıq. Doğranmış naringiləri də içliyimizin içinə tökürük. Soyuducudan xəmirimizi çıxarırıq, içliyi xəmirin üzərinə tökürük və qalan naringilərlə bəzəyirik, azca üzərindən basırıq ki, naringilər içliyə yapışsın.
180 dərəcə qızdırılmış sobada 50-60 dəqiqə ərzində bişiririk. Bişdikdən sonra formadan çıxarıb qoyuruq soyusun.
Soyuduqdan sonra doğrayırıq və üzərinə şəkər kirşanı səpirik.