Yaşar yeni klipini təqdim etdi

Son güncelleme: 22.04.2014 15:27
  • Azərbaycanlı gənc müğənni Yaşar Yusub "Sən deyilsən" adlı yeni klipinin təqdimat mərasimini keçirib.

    noimage
    Yaşar yeni klipi ilə əlaqədar olaraq Azərbaycanda yaşayıb fəaliyyət göstərən türk prodüseri Cenk İşdenin rəhbərlik etdiyi restoranda bütün dostlarını və media nümayəndələrini başına toplayıb təqdimat keçirib. Tədbirə qatılan ifaçıların sırasında Ayaz Qasımov, Emil Bədəlov, Elçin Cəfərov, Leyla Ramazanlı, gənc ifaçılar - əkiz bacılar Sevil və Sevinc, Yaşarın yaxın dostu məşhur jurnalist və piar menecer Şahin Cavadsoy, eləcə də məşhur prodüser Təranə Səmədova yer alıb.

    Yaşar bildirib ki, çağırılan qonaqların sırasında xalq artisti İlhamə Quliyeva da olub, amma müğənninin işləri çox olduğundan o, tədbirə qatıla bilməyib. Buna baxmayaraq İlhamə xanım zəng edərək Yaşar Yusubu təbrik edib və sənət aləmində ona uğurlar arzulayıb.

    Xatırladaq ki, "Sən deyilsən" mahnısının sözləri və musiqisi Tural Bayramova aiddir. Klipin rejissoru isə gənc müğənni Leyla Ramazanlının bacısı Xavərdir. Qeyd edək ki, Xavər xanım bundan öncə də Leyla üçün bir neçə klip çəkib.
#22.04.2014 15:27 0 0 0