Saç uzadan məhsullar

Son güncelleme: 22.04.2014 23:49
  • Uzun sağlam saçlara sahib olmaq çox da asan deyil. Qısa kəsilən saçın uzanmasını aylarla gözləyir, min bir cür baxım tətbiq edirsiniz. Saçınızın uzanması üçün bir çox kosmetik məhsulu sınayıb heç cür nəticə ala bilmirsinizsə, narahat olmayın! İstehlak etdiyimiz qidala və bəslənmə şəklimiz də saç baxımı üçün çox əhəmiyyətli nüansdır.

    Yumurta və Süd

    Yumurta və süd dediyimizdə ağılımıza ilk gələn zülal olur. Saçın sağlam uzanmasında zülal böyük rol oynayır. Zülal, yeni saçların çıxmasına imkan verir və saç köklərinin infeksiya qapmasına mane olar.

    Taxıllar

    Ümumiyyətlə taxıl istehlakına əhəmiyyət verməyə bilərik, ancaq araşdırmalara görə taxıl növləri saçlarımızın uzanmasında böyük rol oynayırlar. Dəmir, sink və silisium dioksid kimi saçın uzanmasını təmin edən qidalar ehtiva edir. Həmçinin, B7 vitamini ehtiva edən taxıllar, saç sağlamlığı üçün də çox faydalıdır.

    Avokado, Kivi və Ərik

    Bu üç meyvənin ortaq yanı A, E vitaminləri və antioksidan ehtiva etmələridir. Vitamin E, saçın təbii bir şəkildə uzanmasını təmin edir. Vitamin A, saç köklərinin sağlam olmasına yarayır. Antioksidantlar isə, saç itkisinə mane olur və saçın uzanmasına kömək edir.

    Göbələk

    Göbələklərin tərkibində, yüksək miqdarda mis varr. Mis, saçın quruluşu və saçın uzanmasında əhəmiyyətli rol oynayır. Eyni zamanda küncüt, günəbaxan və quşqonmaz da mis baxımından zəngindir.

    alıntı
#22.04.2014 23:49 0 0 0