Qaytar mənə qaytar bənövşələri

Son güncelleme: 01.05.2014 20:09
  • Axı bənövşələr demişdi bizə.Tale yollarımız ayrılacaqdır... Niyə inamadıq o yaz səhəri, titrək əllərinlə alanda məndən ətri bihuş edən bənövşələri? Qoxladın,inamsız, soyuq,sakitcə. Bəlkə inanmadın məhəbbətimə? Bəlkə inanmadın bənövşələrin pərilər duyduğu xoş nəfəsinə...Ətri o çiçəyin kimi aldadıb? Sənsə gülümsədin, aldatdın məni...O bircə təbəssüm çıxarmı yaddan?...Əlində isinib gülən bənövşə bilmirəm nə dedi,nədən danışdı...

    Susdun axı niyə o bahar çağı?Demədin bir kəlmə "Mən də sevirəm". Sükut aramızda körpüyə döndü. Bir yanda sən durdun,bir yanda da mən...Soldular qəlbinin soyuqluğundan...Dünyamı oxşayan tər bənövşələr...Dondun, elə bil ki,quzey qarısan.Günəşli nəfəsim ayaza döndü...Soyutdun könlümü o baxışınla...Bu da son görüşmüş...Hanı bənövşəm?Bəlkə taleyimi bir də danışar...Bəlkə tənhalıqla,bəlkə qəhərlə dünyanı yandıran dünyam barışar?Qaytar bənövşəmi bircə anlığa...Soruşum yenə də, bəlkə rəhm edər ilk eşqin şahidi tər bənövşələr.


    Möcüzələr axtarırdım,

    Saçlarında,gözlərində.

    Ara-sıra sözlərində

    Bir şirinlik duyurdum mən

    Nə biləydim məhəbbətin

    Qucağında uyurdum mən?

    Mələk idin çarəsizdim.

    Hey örtürdün dumanlanan

    Gözlərimi qanadınla

    Susdururdun,ram edirdin

    Sevgi dolu inadınla...

    Səssiz-səssiz axan çaytək

    Yollarımı hey kəsirdin

    Səhər-səhər əsən mehtək

    Başım üstdən hey əsirdin...

    O gözlərin dəryasından

    Necə üzüb çıxaydım mən?...

    Ötüb gedən məhəbbətə

    Durub lal tək baxaydım mən!?

    O əllərin qucağına

    Neсə məktub göndərməyim

    Dilim laldır,kağızı da

    Eşqim ilə dindirməyim?!

    Qaytar mənə bənövşəmi.Bilirəm mən, onlar hələ solmayıblar...Ürəyimi axı necə bir dəfə də aldadım mən?Qayıtmağın mümkün deyil,bənövşəmi qaytar mənə...Qaytar mənə bənövşəmi...

    İllər necə amansızmış,qanadında hey aparır,qaytarırlar.Bilmirəm ki,axı niyə daşa dəyən ilk sevgimi saxlayırlar.Axı niyə?Nəyə lazım?Bəlkə özüm darıxmışam?Bu dünyanın get-gəlində ilk sevgimiz limanında yoruluban dayanmışam.Yenə könlüm qəhərlənir.Yox,yox, demə peşmanam mən.Bilirəm ki,yelkənlərim qoşulacaq küləklərə.Aparacaq sonsuzluğa,hey qovacaq dəryalarda daşa dəyən ilk sevgimi.Qaytar mənə bənövşəmi...Yenə sevmək istəyirəm...Sevilməsəm eybi yoxdur...Taleyimin payıymış bu...

    İlham İdrisoğlu, Brest

    alıntı
#01.05.2014 20:09 0 0 0