Bahar

Son güncelleme: 08.05.2014 20:07
  • Bahar,ürəyimin sevinci bahar,
    gəlmisən-hər tərəf xoş bir tamaşa.
    Yox olub çən-duman,soyuq-şaxta,qar,
    arzular ürəkdə verib baş-başa!

    Min rəngə çevirib baxışlarını,
    dağların döşünə xalı sərmisən.
    Düzlərə vurduğun naxışlarını,
    nəğməli könlümə sən köçürmüsən!

    Quşların cəh-cəhi səndən danışır,
    həzin meh könlümü oxşayır mənim.
    Çaylar şirin-şirin hey şırıldaşır,
    nəğməsi nəğməmə oxşayır mənim!

    Şirin nəğmə olub yenə bulaqlar,
    hər yan xoş rayihə-şirin ətirdi.
    Bahar,ürəyimin sevinci bahar,
    sən bizim ellərə səfa gətirdin!

    alıntı
#08.05.2014 20:07 0 0 0